"Qarabağ"ın futbolçuları testdən keçirildi

"Qarabağ" Antalyada təlim-məşq toplanışını davam etdirir. 

 

Sportal.az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, hazırlığın ikinci günündə komanda yerli vaxtla saat 11:00-da səhər məşqinə yollanıb. 

 

Futbolçular səhər məşqində konkoni testi keçirib. Bu testin əsas mahiyyəti futbolçuların fiziki durumu yoxlamaqdan ibarətdir. Bu gün bir sıra legionerlər də təlim-məşq toplanışına qoşulub. Komanda yerli vaxtla 17:30-da günün ikinci məşqinə çıxacaq.

Tarix: 10 Yanvar [16:37]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
10 Dekabr 2018
9  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio