Təmkin Xəlilzadənin "Qəbələ"də ilk seçimi FOTO

16:55 - 10 Yanvar 2018

“Qəbələ”nin qış fasiləsində “Zirə”dən heyətinə cəlb etdiyi Təmkin Xəlilzadənin yeni klubunda forma nömrəsi məlum olub.

 

Sportal.az xəbər verir ki, 24 yaşlı futbolçu “qırmızı-qaralar”da 33 nömrəli futbolkada çıxış edəcək. Təmkin formasının şəklini “instagram” hesabında paylaşıb.

 

Xatırladaq ki, millimizin üzvü bu gün “Qəbələ”də debüt edə bilər. Antalyada təlim-məşq toplanışında olan Roman Qriqorçukun yetirmələri bu gün Türkiyənin “Akhisar” klubuyla qarşılaşacaq. Oyun 18:00-da başlayacaq.

 

Xəbər xətti