Dadaşov Almaniyada klubunu dəyişə bilər

Azərbaycan millisinin sabiq futbolçusu və hazırda Almaniya Regionalliqa təmsilçisi “Dinamo”nun formasını geyinən Rüfət Dadaşov klubunu dəyişə bilər.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı forvard 3-cü Bundesliqada çıxış edən “Şportfroynde” klubunun transfer hədəfindədir.

 

Bu mövsüm 18 oyunda 19 qol vuran futbolçunun transferi ilə bağlı danışıqlar start götürüb.

 

Qeyd edək ki, Dadaşov 2013/2014-cü illərdə millimizin heyətində 14 oyun keçirib və 4 qol vurmağa müvəffəq olub.

Tarix: 10 Yanvar [17:17]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 İyul 2018
19  İyul 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio