Toqo millisinin üzvü Azərbaycanda oynaya bilər

Cənubi Afrika Respublikasının "Supersport Yunayted" klubunun futbolçusu Dove Vomenin karyerasını Azərbaycanda davam etdirmək variantı var.

 

Sportal.az xəbər verir ki, bu barədə 26 yaşlı vingerin agenti Maykl Nqobeni məlumat verib. Agent bildirib ki, Vome üçün Azərbaycanda klub axtarır.

 

Toqolu futbolçu mövsümün ilk hissəsini icarə əsasında "Orlando Payrets" klubunda keçirib.

 

Qeyd edək ki, Vome 2009-cu ildən Toqonun əsas yığmasına dəvət alır.

Tarix: 10 Yanvar [17:33]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Yanvar 2019
23  Yanvar 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio