"Qəbələ"də braziliyalı futbolçu

01:19 - 11 Yanvar 2018

Türkiyənin Antalya şəhərində hazırlıqlarını davam etdirən "Qəbələ" düşərgəsinə yeni futbolçu cəlb edib.

 

Sportal.az xəbər verir ki, "qırmızı-qaralar" Kayke Versiliyonu baxışdan keçirir. Braziliyalı futbolçu təlim-məşq toplanışında və sınaq matçlarında özünü yaxşı tərəfdən göstərə bilsə, klubla müqavilə imzalayacaq.

 

21 yaşlı braziliyalı hücumçu son olaraq Braziliyanın “Santos” klubunun formasını geyinib. “Korintians”ın yetirməsi daha öncə “Tespakusatsu Qunma” klubunda da çıxış edib.

Xəbər xətti