Ramazan Abbasovun yeni klubu məlum oldu

18:03 - 11 Yanvar 2018

Azərbaycan milli komandasının sabiq üzvü, elitada bir sıra iddialı klubların formasını geyinmiş Ramazan Abbasovun yeni klubu məlum olub.

 

Sportal.az xəbər verir ki, son olaraq “Səbail”də çıxış etmiş və komandanın elitaya vəsiqə qazanmasında rol oynamış yarımmüdafiəçi karyerasını I Divizionun lideri "Qaradağ Lökbatan"da davam etdirəcək.

 

Təcrübəli futbolçu bu gün "Keşlə" ilə yoxlama görüşündə (1:3) meydanda olub.

Xəbər xətti