Renat Dadaşov klub rəsmisinin cavabını verdi

Millimizin və Almaniyanın "Ayntraxt" klubunun futbolçusu Renat Dadaşovun performansında eniş davam edir. Son zamanlar meydanda özünü göstərə bilməyən futbolçu sosial şəbəkədə söz sahibidir. "Ayntarxt"ın baş məşqçisi Niko Kovaç xeyli müddətdir ki, Dadaşovu əsas komanda ilə məşqlərə dəvət etmir. Bu səbəbdən Renat Frankfurt təmsilçisinin İspaniyadakı təlim-məşq toplanışına aparılmadı. Əsas komanda ilə məşqlərə həsrət qalan hücumçu U-19 komandası ilə çalışır. Performansındakı düşüşünə görə və fasilə dönəmində proqrama uyğun çalışmayan Dadaşovu Frankfurt klubunun idman direktoru Fredi Bobiç tənqid etmişdi. Bu səbəbdən də o, əsas komandanın məşqlərindən kənardır və İspaniyaya aparılmayıb.

 

Bobiçin tənqidinə gənc forvard "İnstagram" hesabında etdiyi paylaşımla cavab verib.

 

Sportal.az xəbər verir ki, Dadaşov məşqdəki fotosunu paylaşıb və bu sözləri qeyd edib: “Yüksəkdən uçursan və anidən aşağı düşürsən. Lakin önəmli olan daha yüksək səviyyədə uçmaq üçün sınmamaq və nəfəs almağa davam etməkdir”.

 

Almaniya mətbuatı onun bu paylaşımla Frankfurt klubunun idman direktoruna cavab verdiyini qeyd edib.

Tarix: 12 Yanvar [11:11]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 İyul 2018
16  İyul 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio