"İnter"in futbolçusu Braziliyaya dönür

15:23 - 12 Yanvar 2018

İtaliyanın "İnter" klubunun futbolçusu Qabriel Barboza Avropada gözlənilənləri vermədi.

 

Sportal.az xəbər verir ki, mövsümün əvvəlində "Benfika"ya icarəyə verilən Braziliya millisinin üzvü ehtiyat oyunçular skamyasının daimi sakininə çevrildi. Portuqaliya klubuna da lazım olmayan gənc vingerin Braziliyaya qayıtmaq ehtimalı var. "Qabiqol" ləqəbli futbolçunun xidmətində sabiq komandası "Santos" maraqlıdır. Bu barədə klubun prezidenti Xose Karlos Peres məlumat verib:

 

"Barboza Braziliyaya geri dönmək istəyir. "İnter"lə görüşmüşük və təklifimizi ünvanlamışıq. Cavab gözləyirik".

 

Qeyd edək ki, "İnter" 21 yaşlı hücumçunu 2016-cı ildə "Santos"dan 29,5 milyon avroya transfer edib.

Xəbər xətti