"Zirə"dən Ufuk Budak AÇIQLAMASI

17:20 - 12 Yanvar 2018

Türkiyənin I Liqasında çıxış edən "Samsunspor" klubundan ayrılan millimizin üzvü Ufuk Budakın adı bir müddət "Zirə" ilə hallanırdı.

 

Sportal.az saytına açıqlama verən "qartallar"ın baş məşqçisi Ayxan Abbasov bu məsələni təsdiq edib. Gənc mütəxəssis bildirib ki, Ufuk ölkəmizə gəlməkdən imtina edib:

 

"Agenti bizə müraciət etmişdi ki, Ufuk azad agentdir. Biz də maraq göstərdik. Amma Ufuk Budak Azərbaycana gəlməkdə maraqlı olmadığını dedi. Biz də bu məsələnin üzərində qalmadıq".

 

Qeyd edək ki, 27 yaşlı sol cinah müdafiəçisi millimizdə 17 oyun keçirib.

Xəbər xətti