Ruben Ayrapetyan: "Ermənistan klublarının "Qarabağ" kimi Çempionlar Liqasının qrupuna düşmək şansı yoxdur"

Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan Azərbaycan futbolu ilə bağlı verilən suala cavab verib.

 

Sportal.az "Sputnik Armenia"ya istinadla xəbər verir ki, mətbuat konfransı keçirən federasiya başçısına “Nəyə görə Azərbaycan klubları Çempionlar Liqasının qrup mərhələsinə düşür, ancaq Ermənistan klubları yox" sualı verilib. Ayrapetyan suala belə cavab verib:

 

"Yaxın zamanda Ermənistan klublarının "Qarabağ" kimi Çempionlar Liqasının qrupuna düşmək şansı yoxdur. Ona görə ki, ÇL-in qrupunda oynamaq üçün böyük məbləğdə pul lazımdı, bu isə bizdə yoxdu. Azərbaycanlı iş adamları futbolu bizim biznesmenlərdən çox sevirlər”.

 

Xatırladaq ki, Ağdamın “Qarabağ” klubu Azərbaycan futbolu tarixində ilk dəfə olaraq cari mövsümdə ÇL-in qrup mərhələsində mübarizə aparıb.

Tarix: 12 Yanvar [18:06]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Oktyabr 2018
22  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio