Ceyhun Sultanov: "Haradan bilirlər ki, biz Nicat Muxtarovun yanında olmamışıq?"

00:28 - 13 Yanvar 2018

Bu gün Azərbaycan Radiosunda “İdman” radiojurnalı verilişində aparıcı İlkin Babanın qonağı “Sumqayıt”ın baş meneceri, akademiyanın rəhbəri Ceyhun Sultanov olub.

 

Sportal.az xəbər verir ki, klub rəsmisi Nicat Muxtarovun həbs olunduğu müddətdə "Sumqayıt"ın ünvanına səslənən ittihamlara cavab verib:

 

“Haradan bilirlər ki, biz Nicat Muxtarovun yanında olmamışıq? Bizim futbolçu cinayət məsuliyyətinə cəlb olunub. Biz necə açıqlama verə bilərik? Kim evində oğlu nəsə edəndə onu üzə çıxarmağa çalışır? Biz daim Nicat Muxtarovun yanında olmuşuq, dəstək göstərmişik. Dekabr ayının sonunda onunla görüşüb, müqaviləyə qarşılıqlı şəkildə xitam vermişik. Baş məşqçi onunla çalışmaq istəmədi”.

 

Aparıcının “Sumqayıt”ın Nicat Muxtarov özü cəriməsini ödəsin” açıqlamasını xatırlatmasına isə baş menecer belə reaksiya verib: “Futbolda belə bir qayda, sanksiya, kodeks var ki, əgər futbolçu oyun qaydalarına zidd oluan yerdə qırmızı vərəqə alırsa, cəriməni özü ödəyir. Bunu şərti olaraq etmişik. Bu gün Nicat Muxtarov  cəriməni ödəməyib. Biz ödəyəcəyik, bizim boynumuzdadır”.

 

Sultanov verilişdə son günlər məşqçi Bəxtiyar Musayevin klubun ünvanına səsləndirdiyi ittihamları da cavablandırıb:

 

“Hansı futbolçu gəlib “Sumqayıt”da “şikəst” olub? Ruslan Qurbanov gəldi bizə, qayıtdı “Neftçi”yə, oradan da “Qəbələ”yə. Cavid İmamverdiyev hansı durumda idi, indi hansı vəziyyətdədir. Mirsahib bir il bizim komandada oldu. Bir il də qalsaydı indikindən də yaxşı vəziyyətdə olacaqdı. Hansı futbolçunu ki, icarəyə götürmüşük, hamısı ölkənin ən yaxşı komandalarında oynayır. Ağabala Ramazanov  bizdə oynadı, inkişaf etdi, milli komandaya düşdü. Bunlar hamısı göz önündədir”.

Xəbər xətti