"Sumqayıt" hazırlıqlara fasilə vermədən davam edir

Yanvarın 5-dən etibarən Premyer Liqanın ikinci mərhələsi üçün hazırlığa start verən "Sumqayıt" baş məşqçi Samir Abasovun rəhbərliyi altında hazırlığını davam etdirir.

 

Sportal.az xəbər verir ki, dünən proqrama əsasən, 2 məşq keçən komanda bu gün saat 14:00-da start götürən 1,2 saat məşq prosesi ilə günə yekun vurub. Hazırlıq prosesində daha çox toplu çalışmalara üstünlük verilib və müxtəlif taktiki gedişlər üzərində işlənilib.

 

Qeyd edək ki, “Sumqayıt” hazırlıq mərhələsi çərçivəsində ilk yoxlama oyununu yanvarın 15-də doğma meydanda 1-ci liqa təmsilçisi "Qaradağ Lökbatan"a qarşı keçirəcək. Oyunun saatı barəsində məlumat veriləcək.

Tarix: 13 Yanvar [12:08]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 İyun 2018
23  İyun 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio