"Qəbələ"nin futbolçusu: "İlk oyundan öncə tam hazır vəziyyətə gələcəm" VİDEO

13:13 - 13 Yanvar 2018

"8 həftə əvvəl "Neftçi" ilə oyunda zədələndim. Zədədən sonrakı ilk ayda istirahət etdim. Sonra bərpa olunmaq üçün məşqlərə başladım".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbolçusu Dion Malone deyib. Uzun müddətdir zədə üzündən komandadan ayrı düşən surinamlı futbolçu hazırda Antalyada olsa da, kollektivdən ayrı bərpa prosesi keçir.

 

O, Qəbələ TV-yə müsahibəsində bildirib ki, gündəlik fərdi məşqlərlə kifayətlənir, yanvarın 22-sindən isə komanda ilə birgə çalışacağına ümid edir: "İndi təlim-məşq toplanışındayıq. Fiziki hazırlıq üzrə məşqçi ilə gərgin çalışıram. Bu gün ilk dəfə meydanda məşqlərə başlayacam.Amma komanda ilə yox, fərdi şəkildə. Ümid edirəm ki, 21-22 yanvarda məşqlərdə komandaya qoşulacam və ilk oyundan öncə tam hazır vəziyyətə gələcəm".

 

Qeyd edək ki, Malone mövsümün əvvəlindən "Qəbələ"də çıxış edir. 28 yaşlı futbolçu "qırmızı-qaralar"ın heyətində 10 oyun keçirib. 

 

Xəbər xətti