"Neftçi"nin sonuncu rəqibi müəyyənləşdi

13:40 - 13 Yanvar 2018


"Neftçi”nin təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi sonuncu yoxlama oyunundakı rəqibi müəyyənləşib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, “ağ-qaralar” yanvarın 30-da Makedoniyanın "Sileks” klubu ilə qarşılaşacaq.

 

Xatırladaq ki, "Neftçi” Antalyadakı təlim-məşq toplanışı çərçivəsində yanvarın 22-də Rusiyanın "SKA-Xabarovsk”, 25-də Rumıniyanın "Konkordiya” və Bolqarıstanın "Slaviya”, 27-də isə Rusiyanın "Krılya Sovetov” klubları ilə üz-üzə gələcək.

 

Sabah isə "Neftçi” "Keşlə” ilə hazırlıq matçına çıxacaq. İsmət Qayıbov adına təlim-məşq bazasında olacaq yoxlama oyunu saat 15:00-da başlayacaq.

Xəbər xətti