Ozan Can Kökçüyə milliyə gəlməyə icazə verilmədi

14:32 - 13 Yanvar 2018

Ozan Can Kökcü 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışında iştirak etməyəcək.

 

Sportal.az xəbər ki, futbolçunun milliyə cəlb olunması ilə bağlı öncədən klubu "Valveyk"lə razılıq əldə olunsa da, yanvarın 12-dən çempionatın ikinci dövrəsinin başlanmasını əsas gətirən Hollandiya təmsilçisinin rəhbərliyi Özan Can Kökcünün yığmanın toplanışına qatılmasına icazə verməyib.

 

Rəşad Sadıqovun baş məşqçisi olduğu U-21 yığmamız yanvarın 21-də və 26-da Albaniyanın, ayın 23-də isə Gürcüstanın müvafiq yaş qrupundan ibarət milli komandası ilə yoxlama oyunları keçirəcək. Yanvarın 16-da isə millimizin rəqibi Türkiyənin “Alanyaspor” klubunun U-21 komandası olacaq.

Xəbər xətti