Millinin sabiq futbolçusu "Kəpəz"də

15:55 - 13 Yanvar 2018

Yanvarın 7-də Bakıda təlim-məşq toplanışına başlayan “Kəpəz” paytaxt hazırlığı müddətində bu gün ilk yoxlama görüşünü keçirir.

 

Sportal.az xəbər verir ki, “sarı-göylər” Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydanında klubun əvəzedici heyəti ilə qarşılaşır. Gəncə klubunun baş məşqçisi Yunis Hüseynov baxışda olan futbolçuları və yeni transferləri bu matçda sınayır.

 

Ötən mövsüm "Səbail"in heyətində oynamış və komandanın elitaya yüksəlməsində pay sahibi olan millimizin sabiq müdafiəçisi Saşa Yunisoğlu karyerasını "Kəpəz"də davam etdirə bilər. Millimizin sabiq futbolçusu "Kəpəz"in düşərgəsindədi. Komandada baxışda olan 32 yaşlı futbolçu baş məşqçi Yunis Hüseynov tərəfindən bəyəniləcəyi təqdirdə, onunla müqavilə bağlanacaq.

 

Qeyd edək ki, Yunisoğlu "Xəzər Universiteti", "Neftçi", "Bakılı", "MKT-Araz", "Diskoboliya", "Poloniya" (hər ikisi Polşa), "Bakı", "Qəbələ", AZAL, "Sumqayıt", "Dənizlispor" (Türkiyə), "Araz-Naxçıvan", "Rəvan" və "Səbail"də çıxış edib. O, 28 dəfə milli komandamızın formasını geyinib.

Xəbər xətti