Yunis Hüseynov: “Deyiblər ki, “Kəpəz”ə vaqonla legionerlər gəlir” MÜSAHİBƏ

“Kəpəz”in baş məşqçisi Yunis Hüseynov Sportal.az saytına müsahibə verib.
 
- Yeni transferlər barədə məlumat verərdiniz...
- Murad Səttarlı, Roman Hüseynov, Samir Zərgərov, Tərzin Cahangirov, Dieqo Souza, Sergey Litovçenko, Giuli Manjqaladze və Dario Frederiko Silvanı rənglərimizə bağlamışıq. Sonuncu komandaya Antalyadakı təlim-məşq toplanışında qatılacaq.
 
- “Mançester Siti”nin sabiq futbolçusu Aleks Nimeli ilə müqavilə imzalanmadı. Mətbuatda belə bir xəbər var idi ki, liberiyalı vinger həm də intizamsız futbolçu olub. Bir sözlə, Limelini intizamsız futbolçu olduğu üçün göndərdiniz, yoxsa həqiqətən də zədəsi var idi?
- Bilmirəm ki, Aleks haqda nə yazıblar. Bu barədə mətbuatdan oxumamışam. Ancaq deyiblər ki, “Kəpəz”ə vaqonla, avtobusla legionerlər gəlir. Siz özünüzü də şahid oldunuz ki, bizə avtobusla legionerlər gəlməyib. Nimelinin və Azərbaycanda olan digər legioner futbolçuların CV-lərinə baxın və elə bir karyerası olan oyunçuya rast gələ biləcəksinizmi? Biz hələ onu baxışa dəvət etmişik. “Mançester Siti”, “Midlzbro” və “Kristal Pelas”da çıxış edib, 26 yaşı var. Sadəcə, ayağında zədə çıxdı və biz də onu göndərdik. Bu qədər.
 
- Məsələ orasındadır ki, Nimeli İngiltərə Çempionşipində oynayan zaman öz komandası ilə müqaviləsi ola-ola başqa klubun heyətində məşqlərə çıxıb. İçkili maşın sürüb. İntizamsızlıqları çox olub...
- Sözün düzü, bu barədə bilmirdim. Məlumatlı deyiləm. Hamı içki içə bilər. Biz bilirsiz necəyik? Yaxşını qoyub pisi axtarırıq. “Mançester Siti”nin sabiq oyunçusu olub. Karyerasına baxdım, oyunlarını izlədim və bəyəndim. Baxışa dəvət etdik, lakin alınmadı, zədəli çıxdı. O, sadəcə baxışda oldu. Problemli iş yoxdu burada.
 
- Ukraynalı qolkiper Sergey Litovçenko əsas heyətdə olacaq?
- Bizdə rəqabət olacaq. Kim layiq olacaqsa, o da oynayacaq.
 
- Heyətdən çox futbolçu göndərildi. Onların boşluğunu doldurmaq mümkün olacaq?
- Çalışırıq. Əlimizdən gələni edəcəyik.
 
- Yeni transferiniz Dieqo Souza uzun müddətdir ki, futbol oynamır. Bu transferin “Kəpəz”ə nə xeyri ola bilər?
- Yaxşı durumdadır. Artıq çəkisi demək olar ki, yoxdur. Ola bilər ki, “Sabah”la yoxlama görüşündə meydanda olsun.
Tarix: 13 Yanvar [17:25]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Yanvar 2018
17  Yanvar 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio