Sou yenidən Türkiyə Super Liqasında

18:18 - 13 Yanvar 2018

Türkiyənin “Bursaspor” klubu heyətini gücləndirib.

 

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əhli” komandasının hücumçusu Mussa Sounu heyətinə qatıb. Seneqal millisinin üzvü Bursa klubunda 6 aylıq icarə əsasında çıxış edəcək. Bu keçid "Bursaspor"a 700 min avroya başa gəlib.

 

Qeyd edək ki, Sou daha öncə Türkiyədə “Fənərbaxça”nın şərəfini qoruyub. O, 2012-2015 və 2016-2017-ci illər aralığında İstanbul nəhənginin uğurları üçün çalışıb. 31 yaşlı fransalı forvard ölkəsində “Renn”, “Sedan” və “Lill” klublarında da forma geyinib.

Xəbər xətti