Millimizin üzvü Hollandiyada debüt etdi

Hollandiya 1-ci divizionunda 20-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi “Valveyk” doğma meydanda “Alkmaar”ın gənclərdən ibarət komandası ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 1:0.

 

Kökçü qarşılaşmaya start heyətdə başlayıb və 68-ci dəqiqədə əvəzlənib. Bu, bir müddət öncə Türkiyənin “Bursaspor” klubundan icarəyə götürülmüş millimizin üzvü üçün Hollandiya təmsilçisinin heyətində debüt matçı olub.

 

“Valveyk” hazırda 22 xalla 20 klub arasında 14-cü pillədə qərarlaşıb.

 

Əlavə edək ki, “Valveyk” Kökcünü U-21 millimizin Antalyadakı təlim-məşq toplanışına qatılmasına icazə verməyib.

Tarix: 13 Yanvar [19:02]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
11 Dekabr 2018
10  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio