Ansi Aqolli komandadan ayrı düşdü

00:55 - 14 Yanvar 2018

“Qarabağ” Antalyada təlim-məşq toplanışını davam etdirir.

 

Sportal.az xəbər verir ki, komanda beşinci günü iki məşqlə tamamlayıb. Günün ilk məşqi saat 11:00-da start götürüb və fitnes zalında baş tutub. 

 

İkinci məşq isə yerli vaxtla 17:30-da meydançada baş tutub və təxminən 90 dəqiqə davam edib. Futbolçular isinmə hərəkətlərinin ardından fiziki və toplu çalışmalarla davam edib. Ansi Aqolli isə fizioterapevt nəzarəti altında məşq edib.

Xəbər xətti