"Neftçi" paraqvaylı futbolçunu transfer etdi

"Neftçi" heyətinə yeni futbolçu cəlb edib.

 

Sportal.az xəbər verir ki, "ağ-qaralar" paraqvaylı futbolçu ilə anlaşıb. Paytaxt təmsilçisi Fransisko "Qato" Qarsiyanın keçidini həll edib. Paraqvaylı yarımmüdafiəçi "ağ-qaralar"la müqavilə imzalamaq üçün Bakıdadır.

 

26 yaşlı yarımmüdafiəçinin son klubu Paraqvayın "Kerro Pertono" komandası olub.

 

Əlavə edək ki, "Neftçi" Aqil Məmmədov ("Qəbələ"), İlkin Qırtımov ("Keşlə") və Fərid Abbaslını ("Binə") transfer edib.

Tarix: 14 Yanvar [13:18]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Yanvar 2018
18  Yanvar 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio