"Liverpul" "Mançester Siti"yə ilk məğlubiyyəti yaşatdı VİDEO

İngiltərə Premyer Liqasında 23-cü turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, "Liverpul" doğma divarlar arasında lider "Mançester Siti"ni qəbul edib. Nəfəskəsən matçda meydan sahibləri 4:3 hesablı qələbə qazanıb. Bu, "Mançester Siti"nin bu mövsüm Premyer Liqada ilk yenilgisi olub.

 

Premyer Liqanın turnir cədvəlinə 62 xalla "Mançester Siti" başçılıq edir. "Mançester Yunayted", "Çelsi" və "Liverpul" klublar 47 xalla 2-4-cü pillələri tutur. "Tottenhem" 44 xalla 5-ci, "Arsenal" 39 xalla 6-cıdır.

 

“Liverpul” – “Mançester Siti” - 4:3

Qollar: Aleks Oksleyd-Çemberleyn, 9, Roberto Firimino, 59, Sadio Mane, 61, Məhəmməd Salah, 68 - Leroy Sane, 40, Bernardo Silva, 84, İlkay Gündoğan, 90+2

 

 

Tarix: 15 Yanvar [00:58]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 May 2018
24  May 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio