Zimbabve millisinin üzvü "Qarabağ"ın hədəfində

10:34 - 15 Yanvar 2018

Dino Ndlovunu Çinin I Divizionunda çıxış edən "Hançjou Qrintaun" klubuna satan "Qarabağ" hücumdakı boşluğu doldurmaq üçün axtarışlarını davam etdirir.

 

Sportal.az xəbər verir ki, Cənubi Afrika Respublikasının "Mamelodi Sandaunz" klubunun hücumçusu Xama Billiat Ağdam təmsilçisinin transfer hədəfindədir. Bu barədə CAR mətbuatı məlumat yayıb. Məlumatda qeyd edilib ki, "Qarabağ" zimbabveli futbolçunun keçidi üçün danışıqlar aparır. Billiatın klubu ilə müqaviləsi yayda başa çatacaq. CAR təmsilçisi bu keçid üçün "Qarabağ"dan 2,5 milyon avro tələb edir. "Atlılar" bu qiyməti aşağı salmaq üçün çalışır və 27 yaşlı forvarda aylıq 40 min dollar məvacib ödəməyə hazırdır.

 

Billiat universallığı ilə seçilir. O, hücumun cinahlarında və mərkəzində oynayır. Bununla yanaşı, Xamanın hər iki ayağı işləkdir.

 

Qeyd edə ki, Xama Billiat 2013-cü ildə "Mamelodi Sandaunz"da çıxış edir. O, 2011-ci ildən Zimbabve millisinə dəvət alır.

Xəbər xətti