Türkiyədə Röyal Nəcəfov fırtınası davam edir

12:29 - 15 Yanvar 2018

Türkiyə BAL Liqasında 13-cü turun oyunları baş tutub.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Röyal Nəcəfovun şərəfini qoruduğu "Ağrıspor" səfərdə "Derik Belediyyespor"la qarşılaşıb Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsiylə başa çatıb.

 

Həmyerlimizin bu oyunu da uğurlu alınıb. Belə ki, təcrübəli forvard qarşılaşmada ilk qolun müəllifi olmaqla komandasının qələbəsində böyük pay sahibi olub. Bununla da Nəcəfov Türkiyədə vurduğu qolların sayını 12-yə yüksəldib. O, bu qollardan 7-ni sabiq klubu "Malatya Yeşilyurtspor"da vurub. Nəcəfovun aktivində 5 məhsuldar ötürmə də var.

 

12 turdan sonra aktivində 37 xal olan "Ağrıspor" ən yaxın izləyicisini 12 xal qabaqlamaqla turnir cədvəlinin zirvəsində qərarlaşıb.

Xəbər xətti