"Neftçi" rəsmisindən Elnur Cəfərov AÇIQLAMASI

12:40 - 15 Yanvar 2018

U-21 millimizin və "Neftçi"nin futbolçusu Elnur Cəfərov Türkiyənin "Bursaspor" klubuna təklif edilib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumatda qeyd edilib ki, Cəfərovla Super Liqanın ilk yarısını uğurlu keçirən "Kayserispor" da maraqlanır.

 

Məsələ ilə bağlı "Neftçi" tərəfinin münasibətini öyrəndik. Sportal.az saytına açıqlama verən klubun mətbuat xidmətinin rəhbəri Anar Şabanoğlu məlumat verib ki, bu barədə "Neftçi"yə heç bir rəsmi təklif ünvanlanmayıb.

 

Qeyd edək ki, "Xəzər Lənkəran"ın yetirməsi olan Elnur Cəfərov Portuqaliyanın "Tondela" və Xorvatiyanın "Duqopolye" klublarında legioner həyatı yaşayıb. Lakin klublarında möhkəmlənə bilməyən gənc cinah futbolçusu ötən yay Azərbaycana dönməli olub.

Xəbər xətti