Serbiya klubundan millimizin düşərgəsinə qoşuldu

Avropa çempionatının final mərhələsinə hazırlığını Bakıda davam etdirən futzal üzrə Azərbaycan milli komandasının düşərgəsinə daha bir futzalçı qoşulub.

 

Sportal.az xəbər verir ki, karyerasını Serbiyanın “Economaç” klubunda davam etdirən Vitali Borisov dünən Bakıya gəlib. Təcrübəli futzalçı bu gün keçiriləcək məşq prosesində iştirak edəcək. Hazırda Braziliyada olan Fineo de Araujo, eləcədə Dubayın “Al Dhafra” klubunda çıxış edən Vassoura isə yanvarın 18-də komandaya qoşulacaq.

 

Qeyd edək ki, millinin Bakıdakı təlim-məşq toplanışı yanvarın 27-dək davam edəcək. Komanda yanvarın 28-də final mərhələsinin keçiriləcəyi Sloveniyanın Lyublyana şəhərinə yola düşəcək və Austria Trend Hoteldə məskunlaşacaq. Milli ilk oyununu fevralın 2-də Fransaya, növbəti matçını 2 gün sonra İspaniyaya qarşı keçirəcək.

Tarix: 15 Yanvar [14:30]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Avqust 2018
18  Avqust 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio