"Zirə"dən ayrılan futbolçu: "Çempionatın səviyyəsi mənim üçün puldan daha üstündür"

14:14 - 15 Yanvar 2018

"Zirə"dən ayrılaraq Polşanın "Termalik" klubuna transfer olan Qabriel Matey açıqlama verib.

 

Sportal.az saytı xəbər verir ki, Polşa mətbuatına danışan futbolçu yayda “Qurnik Lençna” klubundan ayrılaraq "Zirə"yə gəlişi barədə danışıb:

 

“Qurnik Lençna”dan ayrılandan sonra tələsik özümə klub axtarırdım. Azərbaycandan yaxşı təklif gəlmişdi və bu səbəbdən "Zirə" ilə müqavilə bağladım. Daha sonra isə Polşa klublarından təkliflər gəldi. Amma artıq hec idi".

 

Rumıniyalı müdafiəçi "qartallar"dan ayrılmasının səbəbini bu cür izah edib:

 

"Zirə"də karyeram qısa keçsə də, uğurlu oldu. Avropa Liqasının təsnifat mərhələsinin oyunlarında və Premyer Liqa matçlarında mütəmadi olaraq çıxış etdim. Klubun əsas heyət üzvü idim. Ancaq Azərbaycan Premyer Liqasının səviyyəsi Polşa çempionatından aşağıdır. “Termalik”dən təklif gələndə xoşbəxt oldum və yenidən Polşaya geri döndüm. Çempionatın səviyyəsi mənim üçün puldan daha üstündür".

 

Qeyd edək ki, Matey “Zirə”yə 2017-ci ilin yay transfer pəncərəsində Polşanın "Qurnik Lençna" klubundan transfer olunmuşdu. 27 yaşlı müdafiəçi "Zirə"nin heyətində Premyer Liqada 10 oyun (795 dəqiqə) keçirib.

Xəbər xətti