"Keşlə" "Neftçi"ni bu qollarla məğlub etdi VİDEO

15:15 - 15 Yanvar 2018

Mövsümün ikinci yarısına hazırlığı Bakıda davam etdirən “Neftçi” və “Keşlə” yoxlama oyununda qüvvələrini sınayıblar.

 

Sportal.az xəbər verir ki, İsmət Qayıbov adına təlim-məşq bazasında keçirilən oyunda hesabı “ağ-qaralar” açıb. Mirabdulla Abbasov qarşılaşmanın 38-ci dəqiqəsində Rəhman Hacıyevin ötürməsindən sonra fərqlənib. Ancaq Tərlan Əhmədovun yetirmələri bu üstünlüyünü qarşılaşmanın sonunadək qoruyub saxlaya bilməyib.

 

Oyunun 71-ci dəqiqəsində qış fasiləsində "Neftçi"ni "Keşlə"yə dəyişən Məqsəd İsayev hesabda tarazlığı bərpa edib. Cəmi 7 dəqiqə sonra onun ötürməsi ilə Pərdis Fərcad-Azad qarşılaşmada yekun hesabı müəyyənləşdirib. Görüş “Keşlə”nin 2:1 hesablı qələbəsi ilə nəticələnib.

 

Xəbər xətti