Valeh Seyidov qol vurdu, komandası məğlub oldu

15:31 - 15 Yanvar 2018

Portuqaliya II liqasının B divizionunda XVI turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, həmyerlimiz Valeh Seyidovun çıxış etdiyi “Louletano” klubu sözügedən turda səfər matçına çıxıb.  

 

“Ağ-qırmızılar” səfərdə “Montijo” klubunun qonağı olub. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yükunlaşıb.  


Gənc hücumçu matçın 69-cu dəqiqəsində, komandası hesabda geridə olan zaman (2-0) meydana daxil olub. Seyidovun oyuna qoşulmasından sonra, “Louletano” hücumlarının kəsərini artırıb və təsəlli qolunu vurmağı bacarıb. Belə ki, Valeh komanda yoldaşının ötürməsini dəqiq tamamlayıb.


Bu, Valeh Seyidovun 2018-ci ildə ilk oyunu və vurduğu birinci qol olub. Hücumçu ilk qolunu ötən ilin oktyabrında “Moura” ilə yoxlama görüşündə vurmuşdu.


Qeyd edək ki, “Louletano” turnir cədvəlində 15-ci pillədə qərarlaşıb.

Xəbər xətti