Kosovo millisi yığmamızla oyuna əsas heyətlə çıxmayacaq

15:53 - 15 Yanvar 2018

Millimizlə yoxlama matçı keçirəcək Kosovo yığması oyuna əsas heyətlə çıxmayacaq.

 

Sportal.az saytı xəbər verir ki, bu barədə Kosovo Futbol Federasiyasının rəsmi saytı mılumat yayıb. Xəbərdə bildirilir ki, millimizdlə oyun üçün yığmanın heyətinə ancaq yerli çempionatda çıxış edən futbolçuların dəvət olunacaq.

 

Qeyd edək ki, Azərbaycan - Kosovo oyunu fevralın 2-də Antalyada baş tutacaq. Qurban Qurbanovun başçılıq etdiyi komanda bu görüşdən əvvəl isə Moldova millisi ilə qüvvəsini sınayacaq. Həmin oyun yanvarın 30-da keçiriləcək.

Xəbər xətti