"Neftçi" - "SKA-Xabarovsk" matçının başlama saatı məlum oldu

16:16 - 15 Yanvar 2018

“Neftçi”nin Antalya toplanışında Rusiyanın “SKA-Xabarovsk” klubu ilə keçirəcəyi yoxlama görüşünün başalama saatı açıqlanıb.

 

Sportal.az saytı xəbər verir ki, yanvarın 22-də keçiriləcək qarşılaşmanın start fiti Bakı vaxtı ilə 17:00-da (yerli vaxtla 16:00) start götürəcək.

 

Qeyd edək ki, “Neftçi” Türkiyədə bundan başqa daha 3 oyun keçirəcək. “Ağ-qaralar” yanvarın 25-də Rumıniyanın "Konkordiya” və Bolqarıstanın "Slaviya”, 27-də isə Rusiyanın "Krılya Sovetov” klubları ilə üz-üzə gələcək.

Xəbər xətti