Samiri gözləyən təhlükə

Fransa millisinin sabiq üzvü və "Antalyasporun" yarımmüdafiəçisi Samir Nəsri futboldan uzaqlışdırıla bilər.

 

Sportal.az xəbər verir ki, buna 30 yaşlı yarımmüdafiıçinin qanında qadağan olunmuş preparatın aşkarlanması səbəb olub. Nəsri dopind testini “Sevilya”da çıxış edən zaman vermişdi. Qanında aşkarlanan preparata görə apellyasiya şikayəti verən Nəsrinin istəyi rədd edilmişdi. O, 4 il müddətə futboldan uzaqlaşdırılmaq təhlükəsi ilə üz-üzədir.

 

Qeyd edək ki, Nəsri ötən ilin yay transfer pəncərəsində "Mançester Siti"dən "Antalyaspor"a keçmişdi.

Tarix: 15 Yanvar [17:25]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Sentyabr 2018
19  Sentyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio