"Borussiya" müdafiəçi transfer etdi

17:58 - 15 Yanvar 2018

"Borussiya" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Bundesliqa klubu "Bazel"in 22 yaşlı futbolçusu Manuel Akanjini transfer edib. Dortmund təmsilçisinin rəsmi saytının yaydığı məlumata görə, gənc mərkəz müdafiəçisi ilə 4,5 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, İsveçrə millisinin üzvü olan Akanji 2015-ci ildən "Bazel"də çıxış edirdi. O, İsveçrə klubunun heyətində meydana çıxdığı 41 qarşılaşmada 4 qolla yadda qalıb.

Xəbər xətti