"Sumqayıt" "Qaradağ Lökbatan"a qalib gəldi

19:31 - 15 Yanvar 2018

Çempionatın 3-cü dövrəsi üçün hazırlıqlarını davam etdirən “Sumqayıt” bu gün ilk yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Samir Abasovun yetirmələri “Kapital Bank Arena”da I Divizionun lideri “Qaradağ Lökbatan” ilə qarşılaşıb. Maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmada "kimyaçılar" 3:0 hesablı qələbə qazanıb. Komandanın qollarına Azər Salahlı, Amil Yunanov və Camal Camalov imza atıb.

 

Qeyd edək ki, “Sumqayıt” növbəti yoxlama görüşünü yanvarın 18-də “Səbail” klubuna qarşı keçirəcək.

Xəbər xətti