Kamerun yığmasının sabiq futbolçusu rəsmən "Keşlə"də FOTO

21:41 - 15 Yanvar 2018

Çempionatın ikinci yarısına hazırlığı davam etdirən “Keşlə” daha bir transferini rəsmiləşdirib.

 

Sportal.az saytı xəbər verir ki, baxışa dəvət olunan kamerunlu yarımmüdafiəçi Herve Tçami ilə rəsmi müqavilə imzalanılıb. "Keşlə"nin heyətində "Neftçi" və "Qaradağ Lökbatan"la yoxlama görüşlərinə çıxan yarımmüdafiəçinin çıxışı baş məşqçi Yuri Maksimovu qane edib. Tçami ilə 1 illik sözləşmə imzalanıb.

 

 

Yarımmüdafiənin hər iki cinahında oynayan Tçami karyerası ərzində bir çox ölkədə legioner həyatı yaşayıb. Bu vaxta qədər “Hamburq II” (Almaniya), “Zaqlebie”, Poqon” (hər ikisi Polşa), “Karvina” (Çexiya), “Szolnoki”, “Honved” (hər ikisi Macarıstan), “Varnamo” (İsveç), "USM Bel-Abbes" (Əlcəzair), "Əl-Oruba" (Oman), “Girəsunspor” (Türkiyə) və “Feyrense” (Portuqaliya) klublarında oynamış vingerin son iş yeri ötən ilin oktyabr ayında ayrıldığı "Hajer” (Səudiyyə Ərəbistanı) olub.  

 

Tçami 2013-cü ildə Kamerun yığmasında debüt edib. O, millinin heyətində 1 oyun keçirib.

 

Xəbər xətti