"İnter"də argentinalı futbolçu

00:46 - 16 Yanvar 2018

İtaliyanın "İnter" klubu müdafiə xəttini gücləndirib

 

Sportal.az saytı xəbər verir ki, Milan təmsilçisi Portuqaliyanın "Benfika" klubunun futbolçusu Lisandro Lopesi transfer edib. 28 yaşlı müdafiəçi "İnter"də 6 aylıq icarə əsasında çıxış edəcək. İcarə üçün "İnter" Lissabon təmsilçisinə 500 min avro ödəyib. İtaliya tərəfi Lisandronu 9 milyon avro ödəyərək transfer hüququna da sahib ola bilər.

 

Argentina millisində 4 dəfə forma geyən Lopes 2013-cü ildən "Benfika"da çıxış edir.

 

"İnter" İtaliya A Seriyasında mövsümə yaxşı başlasa da, son 5 oyunda qalib gələ bilmir.

Xəbər xətti