"Trabzonspor" "Milan"ın futbolçusunu transfer etdi

01:09 - 16 Yanvar 2018

Türkiyənin "Trabzonspor" klubu mövsümün əvvəlində "Milan"dan icarəyə götürdüyü Xose Sosanın transfer hüququna yiyələnib.


Sportal.az xəbər verir ki, "trabzonspor" bu transferə görə İtaliya klubuna 3 milyon 400 min avro ödəyəcək.

 

"Bordo-mavililər" Sosaya mövsümün ikinci yarısı üçün 1 milyon 620 min avro maaş verəcək. 32 yaşlı futbolçu 2018-2019 mövsümü üçün 3 milyon 320 min, 2019-2020-ci il mövsümündə isə 3 milyon 240 min avro məvacib alacaq.


Qeyd edək ki, argentinalı yarımmüdafiəçi "Milan"a "Beşiktaş"dan transfer olmuşdu.

Xəbər xətti