Moldovalı futbolçu: "Azərbaycana qiymət vermək çətindi"

11:40 - 16 Yanvar 2018

"Yeni baş məşqçi Aleksandr Spiridon qarşıya qoyulan hədəflə bağlı fikirlərini uşaqlara izah edəcək".

 

Sportal.az xəbər verir ki, bu sözləri Moldova yığmnasının üzvü Radu Qınsari deyib. Ölkəsinin mətbuatına açıqlama verən futbolçu millinin Cənubi Koreya və Azərbaycana keçirəcəyi yoldaşlıq görüşləri barədə danışıb:

 

"Rəqiblərə qiymət vermək mənim üçün çətindi. Cənubi Koreya və Azərbaycanla matçlarda baş məşqçi oyunçularla tanış olmaq və onları iş başında görmək imkanı qazanacaq".  

 

Hayfa "Hapoel"inin 27 yaşlı yarımmüdafiəçi sözügedən matçlar üçün milliyə çağırılmamasının səbəbi haqda da danışıb: “Mənə dəvət gəlməyib. Bəlkə də, İsraildə çempionat davam etdiyi  üçün  yığmaya çağırılmamışam.  Klubumun da dəvət gələcəyi təqdirdə, məni buraxmayacağını düşünürəm".

 

Qeyd edək ki, Moldova millisi yanvarın 27-də Cənubi Koreya, 30-da isə Azərbaycanla yoldaşlıq görüşü keçirəcək.

Xəbər xətti