2020-ci ildə keçiriləcək UEFA Supekubokuna ev sahibliyi etmək istəyən ölkələrin siyahısı açıqlanıb.
Sportal.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, siyahıda 9 namizəd yer alıb. Bunlar Albaniya (“Milli Arena”, Tirana), Belarus (“Dinamo", Minsk), İsrail ("Sammi Ofer, Hayfa), Qazaxıstan (Mərkəzi stadion, Almatı), Moldova (“Zimbru”, Kişinyov), Portuqaliya ("Draqau", Portu), Şimali İrlandiya ("Vindzor Park", Belfast), Finlandiya (Olimpiya stadionu, Helsinki) və Fransadır ("Qrand Stad", Nitsa).
Superkuboka ev sahibliyi etmək istəyən assosiasiyalar yekun ərizələrini martın 29-dək verməlidilər. Qalibin adı mayda açıqlanacaq.