Robert Prosineçki: "Şehiç kollektivlə birlikdə ABŞ-a uçacaq"

13:13 - 16 Yanvar 2018

Bosniya və Herseqovina millisinə çağırılan “Qarabağ”ın qapıçısı İbrahim Şehiçin yığmanın düşərgəsinə bir qədər gec qoşulacaq.
 
Sportal.az xəbər verir ki, bu barədə millinin baş məşqçisi Robert Prosineçki məlumat verib: “Sehiç İstanbulda bizə qoşulacaq və kollektivlə birlikdə ABŞ-a uçacaq".
 
Qeyd edək ki, Bosniya və Herseqovina millisi yanvarın 21-də Türkiyədə təlim-məşq toplanışında olacaq. Komanda yanvarın 25-i Şehiçlə birgə ABŞ-a gedəcək. Bosniya və Herseqovina  sözügedən ölkədə hazırlıq prosesi çərçivəsində yanvarın 28-də  ABŞ, 3 gün sonra isə Meksika ilə qarşılaşacaq.

Xəbər xətti