Ukraynalı futbolçu rəsmən "Kəpəz"də

14:22 - 16 Yanvar 2018

Ukraynalı qapıçı Sergey Litovçenkonun “Kəpəz”ə keçidi rəsmiləşib.

 

Sportal.az xəbər verir ki, "çərçivə qoruyucusu" bu gün "sarı-göylər"lə sözləşmə imzalayıb. Tbilisi "Dinamo"sundan ayrılan 30 yaşlı qolkiper "Kəpəz"lə ilyarımlıq müqavilə imzalayıb.  

 

Qeyd edək ki, "Kəpəz" qış transfer dönəmində Murad Səttarlı, Roman Hüseynov, Samir Zərgərov, Tərzin Cahangirov və Dario Frederikonu rənglərinə bağlayıb.  

Xəbər xətti