Azərbaycn Premyer Liqası dünyanın 50-ci çempionatıdı

14:41 - 16 Yanvar 2018

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası dünyanın milli çempionatlarının yeni reytinq siyahısını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, Topaz Premyer Liqası cədvəldə 50-cidi. Milli çempionatımız bu pilləni Şimali İrlandiya ilə bölüşdürür. Hər iki çempionatın 358 reytinq xalı var.

 

Qeyd edək ki, siyahıda birinci yerdə İspaniya La Liqasıdı - 1195 xal. İkinci İngiltərə Premyer Liqası (1177), üçüncü Braziliya A Seriyasıdı (1134).

Xəbər xətti