Millimizin sabiq üzvü "Kəpəz"ə lazım olmadı

16:16 - 16 Yanvar 2018

Transfer fəaliyyətini davam etdirən "Kəpəz" baxışda olan futbolçulardan biriylə bağlı qərar verib.

 

Sportal.az xəbər verir ki, “sarı-göylər” ötən mövsüm "Səbail"in heyətində oynamış və komandanın elitaya yüksəlməsində pay sahibi olan millimizin sabiq müdafiəçisi Saşa Yunisoğlu ilə müqavilə bağlamayacaq. Mövsümün ilk yarısını klubsuz keçirən təcrübəli müdafiəçinin performansı məşqçilər korpusunu qane etməyib. Yunisoğlu ilə yanaşı, Ruslan Tağızadə və Elşən Rzazadə də Nizami yurdunun komandasına lazım olmayıb.

 

Qeyd edək ki, Yunisoğlu "Xəzər Universiteti", "Neftçi", "Bakılı", "MKT-Araz", "Diskoboliya", "Poloniya" (hər ikisi Polşa), "Bakı", "Qəbələ", AZAL, "Sumqayıt", "Dənizlispor" (Türkiyə), "Araz-Naxçıvan", "Rəvan" və "Səbail"də çıxış edib. 32 yaşlı oyunçu 28 dəfə milli komandamızın formasını geyinib.

Xəbər xətti