"Qarabağ"ın hədəfində olan futbolçu vətənində qalmaq istəyir

Dino Ndlovunu Çinin I Divizionunda çıxış edən "Hançjou Qrintaun" klubuna satan "Qarabağ" hücumdakı boşluğu doldurmaq üçün Cənubi Afrika Respublikasının "Mamelodi Sandaunz" klubunun forvardı Xama Billiatı hədəfə alıb.

 

Sportal.az xəbər verir ki,  Ağdam təmsilçisinin transfer hədəfində olan futbolçunun ölkəmizə gəlişi baş tutmaya bilər. Bu barədə CAR mətbuatı məlumat yayıb. Məlumatda qeyd edilib ki, zimbabveli futbolçunun mövsümün sonuna kimi klubunda qalmaq fikrindədir. Onunla bu ölkənin digər klubu - "Orlando Payrets" də maraqlıdır. Bu səbəbdən Xama "Qarabağ"ın təklifinə isti yanaşmır.

 

Billiatın klubu ilə müqaviləsi yayda başa çatacaq. CAR təmsilçisi bu keçid üçün "Qarabağ"dan 2,5 milyon avro tələb edir.

 

27 yaşlı oyunçu universallığı ilə seçilir. O, hücumun cinahlarında və mərkəzində oynayır. Bununla yanaşı, Xamanın hər iki ayağı işləkdir.

 

Qeyd edə ki, Xama Billiat 2013-cü ildə "Mamelodi Sandaunz"da çıxış edir. O, 2011-ci ildən Zimbabve millisinə dəvət alır.

Tarix: 16 Yanvar [17:24]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Avqust 2018
20  Avqust 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio