Pep Qvardiolanın qənimi: Yurgen Klopp!

18:18 - 16 Yanvar 2018

İngiltərə Premyer Liqasında ötən tur mövsümün ən yaxşı oyunlarından birini keçirən "Liverpul" "Enfild Road"da lider "Mançester Siti"ni dramatik matçda 4:3 hesabı ilə məğlub etdi. "Qırmızılar"ın baş məşqçisi Yurgen Klopp Pep Qvardiolanın komandalarını 6-cı dəfə məğlub etməklə ispan mütəxəssisə ən çox qalib gələn çalışdırıcıdır.

 

Kloppun Qvardiolanın komandalarına qalib gəldiyi oyunları təqdim edirik:

 

27 iyul 2014-cü il, Almaniya Super kuboku. "Bavariya" 2 - 4 "Borussiya" Dortmund

 

"Borussiya" "Bavariya"nı 4:2 hesabı ilə məğlub edərək Super kuboku muzeyinə götürmüşdü. Dortmund təmsilçisinin heyətində qolları İlkay Gündoğan, Marko Roys (2) vurmuşdu. Marko van Bommel isə qapıları səhv salmışdı.

 

 

12 aprel 2014-cü il, Bundesliqa, "Bavariya" 0 - 3 "Borussiya" Dortmund

 

"Allians Arena"da həmin mövsüm çempionluğu qeyd edən "Bavariya" üzərində önəmli qələbə qazanıldı. Kloppun üzünü güldürən qollar Henrix Mxitaryan, Marko Roys və Hofmanndan gəldi.

 

 

13 avqust 2014-cü il, Almaniya Super kuboku, "Borussiya" Dortmund 2 - 0 "Bavariya"

 

Növbəti dəfə Super kubokun finalında üz-üzə gələn Qvardiola - Klopp duelində bu dəfə də almaniyalı mütəxəssis sevinən tərəf oldu. Dortmundlulara titulu qazandıran qolları qabonlu forvard Pyer-Emerik Obameyanq vurdu.

 

 

28 aprel 2015-ci il, Almaniya kuboku, "Bavariya" 1 - 1 "Borussiya" Dortmund (penaltilər seriyası)

 

Almaniya kubokunun yarımfinalında üz-üzə gələn tərəflər Robert Levandovski və Pyer-Emerik Obameyanqın qarşılıqlı qolları ilə əsas vaxtda qalibi müəyyənləşdirə bilmədilər. Penaltilər seriyasında qalib gələn "Borussiya" kubokun finalına yüksəlmişdi.

 

 

31 dekabr 2016-cı il, İngiltərə Premyer Liqası, "Liverpul" 1 - 0 "Mançester Siti"

 

2016-cı ilin son günündə qarşılaşan komandaların duelində "Liverpul" şəhərlilər"ə 1:0 hesabı ilə qalib gəldi. Adam Lallananın assistini qola çevirən Corcino Veynaldum komandasına qələbə qazandırdı.

 

 

14 yanvar 2018-ci il, Premyer Liqa, "Liverpul" 4 - 3 "Mançester Siti"

 

Xəbər xətti