Rəşad Sadıqovdan uğurlu debüt

21 yaşadək futbolçulardan ibarət millimiz Antalyada ilk yoxlama oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, Rəşad Sadıqovun başçılıq etdiyi yığmamız "Alanyaspor"un müvafiq yaş qrupu ilə qüvvəsini sınayıb. Sadıqovun yığmanın sükanı arxasında debüt etdiyi görüş komandamızın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Qeyd edək ki, millimizin Antalyada növbəti yoxlama oyunları yanvarın 21-də və 26-da Albaniyanın, yanvarın 23-də isə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığmalarına qarşı nəzərdə tutulub. 


Yoxlama oyunu

Azərbaycan U-21 - "Alanyaspor" U-21 - 3:1 
Qollar:
Nicat Süleymanov, 43. Elnur Cəfərov, 44, Ülvi İsgəndərov, 70

Tarix: 16 Yanvar [19:13]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Avqust 2018
20  Avqust 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio