"Qarabağ" "Kuban"la oyunun hazırlıqlarını davam etdirir

19:45 - 16 Yanvar 2018

"Qarabağ" Antalyada qış təlim-məşq toplanışını davam etdirir.

 

Sportal.az xəbər verir ki, "köhlən atlar" 8-ci günü tək məşqlə başa vurub. Yerli vaxtla saat 11:00-da start götürən məşq təxminən 1 saat yarım davam edib. Hazırlıq daha çox fiziki çalışmalara əsaslanıb. 

 

Qeyd edək ki, "Qarabağ" sabah təlim-məşq toplanışında ilk yoxlama oyununu keçirəcək. Bakı vaxtıyla saat 18:00-da "Qarabağ"ımız Rusiyanın "Kuban" klubuyla qarşılaşacaq.

Xəbər xətti