Ulduz futbolçu karyerasını başa vurdu

01:17 - 17 Yanvar 2018

Uzun müddətdir ki, klubsuz olan Ronaldinyo karyerası ilə bağlı önəmli qərar qəbul edib.

 

Sportal.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi futbolçu karyerasını rəsmən başa vurub. Bu barədə Ronaldinyonun qardaşı və agenti olan Roberto Assis Moreyra məlumat verib: "Ronaldinho karyerasını başa vurdu. İndi gözəl bir vida görüşü təyin etməliyik. Böyük ehtimalla, dünya çempionatından sonra baş tuta bilər".

 

Qeyd edək ki, Ronaldinyo Braziliya millisində 97 oyun keçirib və 33 qol vurub. O, yığma ilə 2002-ci il dünya çempionatının qalibidir. Ulduz oyunçu Avropada PSJ, "Barselona" və "Milan"da çıxış edib. Ronaldinho "Qızıl top" mükafatına bir dəfə sahib olub.

Xəbər xətti