"Neftçi" yeni transferini açıqladı

10:20 - 17 Yanvar 2018

"Neftçi” heyətinə yeni futbolçu cəlb edib.

 

Sportal.az xəbər verir ki, "ağ-qaralar" paraqvaylı yarımmüdafiəçi Fransisko Xavier Qarsiya ilə bir illik müqavilə bağlayıb.

 

Qeyd edək ki, 26 yaşlı futbolçu bunadək Paraqvayın "Serro Portenyo”, "İndependiente”, "Sportivo Lukeno”, "Deportivo Kapiata”, "Nasional” və Kolumbiyanın "Atletiko Huila” klublarında çıxış edib.

 

Xatırladaq ki, "Neftçi" bundan əvvəl  Aqil Məmmədov ("Qəbələ"), İlkin Qırtımov ("Keşlə") və Fərid Abbaslını ("Binə") transfer edib.

Xəbər xətti