"Monako"dan xal itkisi VİDEO

10:55 - 17 Yanvar 2018

Fransa I Liqasında 21-ci tura start verilib.

 

Sportal.az xəbər verir ki, son çempion "Monako" doğma meydanda "Nitsa"nı qəbul edib. Qarşılaşmada qollu heç-heçə qeydə alınıb - 2:2.

 

Liqa 1-də turnir cədvəlinə 53 xalla PSJ başçılıq edir. "Marsel" 44 xalla 2-cidir. "Monako" 43 xalla 3-cü, "Lion" 42 xalla 4-cüdür. "Nitsa" isə 31 xal toplayıb və 6-cı pillədə qərar tutub.

 

"Monako" - "Nitsa" - 2:2

Qollar: Diakabi, 33, Falkao, 90 - Balotelli, 47, 68

 

 

Xəbər xətti